SEO (Search Engine Optimization) saytın axtarış sistemlərində daha yuxarı çıxması üçün görülən işlərin ümumi adıdır. Reklamdan fərqi odur ki, hər klik üçün pul ödəmirsiniz. Əvəzində nəticə daha gec gəlir, amma daha uzun qalır.
Google-un yüzlərlə amili var, amma onları üç böyük qrupa bölmək olar:
Açar söz müştərinin Google-a yazdığı ifadədir. Siz "veb tərtibat həlləri" deyə bilərsiniz, müştəri isə "sayt qiymətləri" yazır. Sizin sözünüz yox, onun sözü lazımdır.
Sadə üsul: Google-a əsas ifadəni yazıb altındakı təklifləri və səhifənin sonundakı "Bununla bağlı axtarışlar" bölməsini oxuyun. Orada real sorğular var.
Hər səhifə bir əsas mövzunu hədəfləməlidir. On mövzunu bir səhifəyə yığanda heç biri üçün yaxşı nəticə vermir.
Başqa saytdan sizə verilən link Google üçün tövsiyə deməkdir. Nə qədər çox etibarlı sayt sizə link verirsə, bir o qədər güclü görünürsünüz.
Link almaq üçün ən real yollar: müştərilərinizin saytlarında qeyd olunmaq, yerli kataloq və platformalarda profil yaratmaq, faydalı məqalələr yazmaq və partnyorlarla qarşılıqlı əməkdaşlıq. Link almaq isə uzunmüddətli işdir, satın alınan linklər risklidir.
Texniki düzəlişlərin təsiri bir neçə həftəyə görünə bilər. Rəqabətli sorğularda möhkəm mövqe üçün adətən 3–6 ay və daha çox davamlı iş lazımdır.
Kim sizə "bir ayda birinci yer" vəd edirsə, ehtiyatlı olun. Sıralamaya Google qərar verir və heç bir agentlik ona zəmanət verə bilməz.
Əlaqəli xidmətlər: SEO xidməti · Sayt hazırlanması
Əsas işləri bəli: title və description yazmaq, Search Console qurmaq, şəkilləri sıxmaq, faydalı mətnlər yazmaq. Texniki audit və rəqabətli sahələr üçün təcrübə lazım olur.
SEO bir dəfəlik iş deyil. Rəqiblər də işləyir, Google da dəyişir. Ən azı bir neçə ay davamlı iş lazımdır, sonra isə saxlama rejimi.
Reklam dayandığı anda trafik kəsilir. SEO-dan gələn ziyarətçi isə uzun müddət davam edir. Ən yaxşısı ikisini birlikdə işlətməkdir.
Layihənizi dinləyək, sizə uyğun həlli və qiyməti pulsuz konsultasiyada deyək. Zəng edin: +994 10 451 63 73.