Son illərdə Azərbaycanda e-ticarət (onlayn satış) sektoru sürətlə inkişaf edir. Əvvəllər sadəcə İnstagram vasitəsilə satış edən bizneslər indi onlayn ödəniş, çatdırılma və sifarişlərin idarə olunması üçün professional e-ticarət platformalarına keçid edirlər. Bu bələdçidə "Azərbaycanda onlayn satışa necə başlamaq lazımdır?" sualına detallı və addım-addım cavab verəcəyik.
Bu, onlayn biznesə başlayanların ən çox verdiyi sualdır. Instagram brendin tanınması, reklamların (Meta Ads) verilməsi və ilkin müştəri bazasının toplanması üçün əla vasitədir. Amma biznesiniz böyüdükdə Instagram-ın limitləri hiss olunur:
Məhz buna görə, ciddi gəlir əldə etmək istəyən bizneslər üçün peşəkar onlayn mağaza yaratmaq şərtdir. Veb-sayt sizin yerinizə 7/24 sifariş qəbul edir və ödənişləri avtomatlaşdırır.
Azərbaycanda onlayn ödənişləri qəbul etmək və leqal fəaliyyət göstərmək üçün mütləq şəkildə vergi ödəyicisi (VÖEN) kimi qeydiyyatdan keçməlisiniz. Fiziki və ya Hüquqi şəxs kimi qeydiyyatdan keçdikdən sonra banklara "E-commerce" (elektron ticarət) xidməti üçün müraciət edə bilərsiniz.
Əgər biznesə yeni başlayırsınızsa, "Mikro Sahibkarlıq" subyekti kimi qeydiyyatdan keçib, sadələşdirilmiş vergi (əksər hallarda 2%) ödəyərək xərclərinizi optimallaşdıra bilərsiniz.
E-ticarət saytının ən vacib elementi onlayn ödənişlərdir. Azərbaycanda ödəniş qəbul etməyin 2 əsas yolu var:
Bundan əlavə saytda mütləq şəkildə "Qapıda ödəniş" (Cash on Delivery) seçimi də olmalıdır, çünki ölkəmizdə hələ də bir çox istifadəçi məhsulu təhvil alarkən nəğd ödəməyə üstünlük verir.
Məhsulu satmaq qədər onu alıcıya sağlam və vaxtında çatdırmaq da vacibdir. Öz kuryerləriniz yoxdursa, aşağıdakı alternativləri yoxlaya bilərsiniz:
Saytınızın "Çatdırılma və Ödəniş" səhifəsində bu şərtləri (müddət və qiymət) tam şəffaf şəkildə qeyd etməyiniz şərtdir.
İndi hər şey hazırdırsa, sizə texniki olaraq sayt lazımdır. Yaxşı e-ticarət saytında nələr olmalıdır?
Azərbaycanda onlayn satış biznesi qurmaq artıq əvvəlki illərə nisbətən çox daha asan və sistemlidir. Düzgün planlaşdırma, qanuni çərçivələrə riayət etmək və peşəkar görünüş (keyfiyyətli bir sayt) uğurunuzun açarı olacaq.
Əlaqəli xidmət: Gəlir gətirən onlayn mağaza qurmaq istəyirsinizsə, peşəkar komandamızın hazırladığı E-ticarət saytının yaradılması xidməti ilə maraqlana bilərsiniz.
Instagram ilkin mərhələdə audiotoriya yığmaq üçün əladır. Lakin gündəlik 10-dan çox sifariş alanda mesajlara cavab vermək çətinləşir, satışı avtomatlaşdırmaq və güvən yaratmaq üçün mütləq e-ticarət saytı lazımdır.
Azərbaycandakı bankların (Kapital Bank, Paşa Bank, ABB və s.) və ya ödəniş sistemlərinin (GoldenPay, Portmanat) E-commerce xidmətindən istifadə edərək sayta kartla ödəniş inteqrasiya edilir. Bunun üçün VÖEN tələb olunur.
Kiçik və orta bizneslər üçün WordPress (WooCommerce) və ya xüsusi hazırlanmış (Custom) həllər ən idealıdır. Şirkətin məqsədlərindən asılı olaraq platforma seçimi dəyişə bilər.
Sizin məhsullarınız üçün xüsusi dizayn edilmiş, sürətli və satışyönümlü onlayn mağaza quraq. Pulsuz konsultasiya üçün bizə yazın!