Webify Bakıda saytların hazırlanması və veb sayt yaradılması ilə məşğul olan komandadır. Korporativ saytdan onlayn mağazaya, bir səhifəlik landing page-dən mürəkkəb veb tətbiqə qədər hər layihəni ideyadan yayıma qədər biz aparırıq: dizayn, proqramlaşdırma, mobil uyğunluq və axtarış sistemlərinə optimallaşdırma bir yerdə.
Sayt yaratmaq sadəcə gözəl səhifə hazırlamaq deyil. Yaxşı sayt sürətli açılmalı, telefonda rahat işləməli, Google-da tapılmalı və ziyarətçini müştəriyə çevirməlidir. Ona görə hər sayt sifarişində əvvəlcə biznesinizi, auditoriyanızı və rəqiblərinizi öyrənir, sonra həmin məqsədə uyğun struktur qururuq.
İndiyədək 50-dən çox layihə təhvil vermişik: Azərbaycanda və xaricdə fəaliyyət göstərən mağazalar, xidmət şirkətləri, restoranlar və təhsil layihələri üçün saytlar hazırlamışıq.
İnsanlar xidməti Google-da axtarır. Saytınız yoxdursa, həmin müştəri rəqibinizə gedir.
Sayt gecə-gündüz xidmətlərinizi təqdim edir, sualları cavablandırır və müraciət toplayır.
Öz domeni olan peşəkar sayt müştəridə sosial şəbəkə səhifəsindən daha çox etibar yaradır.
Meta və Google reklamlarından gələn ziyarətçi yaxşı hazırlanmış saytda daha tez müştəriyə çevrilir.
Hesab bloklansa və ya alqoritm dəyişsə belə, saytınız və müştəri bazanız sizdə qalır.
Neçə nəfərin gəldiyini, haradan gəldiyini və nə etdiyini görür, marketinqi buna görə qurursunuz.
Azərbaycanda eyni xidmətə müxtəlif adlar deyilir: sayt yaradılması, veb sayt hazırlanması, saytların yığılması, vebsayt sifarişi və ya sadəcə sayt yaratmaq. Hamısı eyni işdir: biznesiniz üçün dizaynı hazırlanan, proqramlaşdırılan və internetdə yayımlanan sayt.
Fərq sözdə yox, yanaşmadadır. Hazır şablona mətn yerləşdirmək də sayt yığılması adlanır, biznesin məqsədinə uyğun sıfırdan dizayn edilmiş, sürətli və SEO-ya hazır sayt da. Webify ikinci yolla işləyir: hər saytı fərdi dizaynla və müasir texnologiyalarla hazırlayırıq.
Ofisimiz Bakıda, Yasamal rayonundadır, amma yalnız Bakı ilə məhdudlaşmırıq. Sumqayıt, Gəncə və Azərbaycanın digər şəhərlərindən, eləcə də xaricdən olan müştərilərlə onlayn işləyirik. Portfoliomuzda Almaniya və Rusiyadakı bizneslər üçün hazırlanmış saytlar da var.
Şirkətinizi, xidmətlərinizi və komandanızı təqdim edən, etibar yaradan və müraciət toplayan çoxsəhifəli sayt.
Məhsul kataloqu, səbət və sifariş axını olan internet mağaza. Satışı sosial şəbəkələrdən öz saytınıza daşıyın.
Bir məhsul, kampaniya və ya xidmət üçün reklam trafikini müraciətə çevirən, tez hazırlanan bir səhifəlik sayt.
Həkimlər və tibb mərkəzləri üçün xüsusi olaraq hazırlanmış, onlayn qəbul və xidmətləri əks etdirən tibbi sayt sifarişi.
Qeydiyyat, şəxsi kabinet, rezervasiya və ya daxili idarəetmə sistemi kimi xüsusi funksionallıq tələb edən layihələr.
Rieltorlar və əmlak agentlikləri üçün ev, mənzil, torpaq elanlarını və xəritələri asanlıqla idarə etmək üçün xüsusi saytların yığılması.
Dizaynı Figma, Adobe XD, Illustrator və Photoshop-da, saytın özünü isə React, Next.js və Tailwind CSS kimi müasir texnologiyalarla hazırlayırıq. Bu, saytınızı gələcəkdə böyütməyi və yeniləməyi asanlaşdırır.
Məqsədlərinizi, auditoriyanızı və rəqibləri öyrənir, saytın strukturunu və səhifələrini müəyyənləşdiririk.
İstifadəçiyə yönəlik UI/UX dizayn hazırlayır, sizinlə razılaşdırdıqdan sonra növbəti mərhələyə keçirik.
Saytı sürətli və mobil uyğun şəkildə kodlaşdırır, bütün cihazlarda test edirik.
Saytı yayıma çıxarır, əsas SEO ayarlarını edir və Google-a təqdim edirik.
Saytın qiyməti onun həcmindən və funksionallığından asılıdır. Qiymətə əsasən bunlar təsir edir: səhifələrin sayı, dizaynın mürəkkəbliyi, onlayn ödəniş, şəxsi kabinet kimi xüsusi funksiyalar, dil versiyalarının sayı və mətnlərin kimin tərəfindən hazırlanması.
Ödəniş iki hissədə aparılır: layihənin başlanğıcında ilkin ödəniş, qalan hissə isə iş tamamlandıqdan sonra. Dəqiq qiymət üçün bizə yazın, layihənizi dinləyib pulsuz konsultasiya və qiymət təklifi hazırlayaq.
Sayt növləri üzrə müqayisə sayt hazırlanması qiymətləri səhifəsində, sifarişin addımları isə sayt sifarişi səhifəsindədir.
Hazırlanacaq saytın funksionallığından asılı olaraq sayt yaradılması 5 gündən 30 günədək çəkir. Landing page adətən bir neçə günə, onlayn mağaza və ya veb tətbiq isə daha uzun müddətə hazır olur.
Qiymət səhifələrin sayından, dizaynın mürəkkəbliyindən və xüsusi funksiyalardan (onlayn ödəniş, şəxsi kabinet, dil versiyaları) asılıdır. Layihənizi dinləyib pulsuz konsultasiya və dəqiq qiymət təklifi hazırlayırıq.
Bəli, bütün saytlarımız mobil, planşet və masaüstü cihazlara tam uyğun şəkildə hazırlanır.
Standart vebsayt paketimizə əsas SEO daxildir: başlıqlar, meta təsvirlər, sitemap və sürət optimallaşdırması. Genişləndirilmiş SEO xidməti əlavə ödənişlə təqdim olunur.
Əlbəttə! İstəsəniz yalnız UI/UX dizayn xidməti təklif edirik və onu istədiyiniz platforma üçün təhvil veririk.
Layihənin başlanğıcında ilkin ödəniş alınır, qalan hissəsi isə işin tamamlanmasından sonra həyata keçirilir.
Əlaqə səhifəsindən, +994 10 451 63 73 nömrəsi ilə və ya WhatsApp vasitəsilə bizə yazın. İdeyanızı dinləyib növbəti addımları birlikdə müəyyənləşdirək.
Xeyr, hər ikisi eyni xidmətin adıdır. Əsas fərq yanaşmadadır: hazır şablon və ya biznesinizə uyğun fərdi dizayn. Biz fərdi dizaynla işləyirik.
Bəli. Azərbaycanın istənilən şəhərindən və xaricdən olan müştərilərlə onlayn işləyirik. Bütün proses uzaqdan aparıla bilər.
Hər saytda əsas SEO ayarları edirik: başlıqlar, meta təsvirlər, sitemap və sürət. Daha güclü nəticə üçün ayrıca SEO xidmətimiz var.
Domen və hostinq saytın davamlı xərcləridir və qiymət təklifində ayrıca göstərilir. Domen hər halda sizin adınıza qeydiyyatdan keçirilir.
Bəli. İdarəetmə paneli olan saytlarda mətn və şəkilləri özünüz dəyişirsiniz, qalan dəyişikliklər üçün bizə yaza bilərsiniz.
Bəli, köhnə saytı yeni dizayn və texnologiya ilə yenidən qururuq. Google-dakı mövqeyinizi itirməmək üçün köhnə ünvanları yeni səhifələrə yönləndiririk.