Sayt köhnəldikcə müştəri itirir, amma redizayn səhv aparılanda daha böyük itki olur: Google-dakı mövqelər. Aşağıda yeniləmənin nə vaxt lazım olduğu və necə edilməli olduğu var.
Redizayna başlamazdan əvvəl mövcud vəziyyəti yazın: hansı səhifələr ən çox ziyarət alır, hansı sorğulardan trafik gəlir, müraciətlər haradan gəlir.
Bu məlumat olmasa, yeni saytın daha yaxşı və ya pis olduğunu müqayisə edə bilməzsiniz. Çox vaxt ən çox trafik gətirən səhifə redizayn zamanı təsadüfən silinir.
Yeni saytı yayıma verib köhnə ünvanları unutmaq. Onda Google-da illərlə toplanmış bütün səhifələr 404 verir, mövqelər isə bir neçə həftə ərzində düşür.
Bunun qarşısını almaq üçün yönləndirmə cədvəli açılışdan əvvəl hazırlanmalı və açılış günü yoxlanılmalıdır.
Bəzən problem dizaynda deyil. Yavaş sayt üçün şəkillərin optimallaşdırılması, zəif mətn üçün yeni məzmun, az müraciət üçün isə aydın çağırış və qısa forma kifayət edir.
Ona görə əvvəlcə audit, sonra qərar. Bu, həm daha ucuzdur, həm də riski azaldır.
Əlaqəli xidmət: Sayt hazırlanması xidmətimiz
Saytın həcmindən asılıdır. Kiçik korporativ sayt üçün bir neçə həftə, böyük kataloqlu sayt üçün daha uzun.
Düzgün yönləndirmə edilməyibsə, bəli. Yönləndirmələr və məzmun saxlanılıbsa, adətən qısa dalğalanmadan sonra bərpa olunur.
Trafik gətirən səhifələri mütləq. Onları yenidən yazmaq olar, amma mövzunu və ünvanı saxlamaq daha təhlükəsizdir.
Layihənizi dinləyək, sizə uyğun həlli və qiyməti pulsuz konsultasiyada deyək. Zəng edin: +994 10 451 63 73.