Sayt açılana qədər gözləyən istifadəçi sizin haqqınızda qərar verir. Telefonda, zəif internetlə gəzən adam bir neçə saniyə gözləyəndə geri qayıdır və növbəti nəticəyə keçir. Reklama pul xərcləmisinizsə, həmin pul da itir.
Google saytları Core Web Vitals adlanan göstəricilərlə qiymətləndirir. Sadə dillə üç şeyə baxır:
Sürət işi adətən bir neçə sadə addımla başlayır və nəticə dərhal görünür:
Öz saytımızda şəkilləri WebP-yə çevirib ekranda göstərildiyi ölçüyə uyğunlaşdırdıq. Şəkillərin ümumi həcmi təxminən 27 MB-dan 2 MB-a düşdü, özü də gözlə görünən keyfiyyət itkisi olmadan. Telefon üçün ayrıca daha kiçik versiyalar da hazırlandı.
Belə işlər dizaynı dəyişmir, amma saytın açılma sürətini və Google göstəricilərini birbaşa yaxşılaşdırır.
Əlaqəli xidmət: SEO və sürət optimallaşdırması
Mobil internetdə əsas məzmunun 2–3 saniyəyə görünməsi yaxşı göstəricidir. Bundan uzun çəkəndə istifadəçilərin bir hissəsi geri qayıdır.
Bəli, Google üçün sürət sıralama amillərindən biridir. Amma tək sürətlə birinci yerə çıxmaq olmur, məzmun və linklər də lazımdır.
Google PageSpeed Insights səhifəsinə saytın ünvanını yazın. Mobil nəticəyə baxın, çünki ziyarətçilərin çoxu telefondan gəlir.
Layihənizi dinləyək, sizə uyğun həlli və qiyməti pulsuz konsultasiyada deyək. Zəng edin: +994 10 451 63 73.