Sayt hazır oldu, amma adını Google-da yazanda tapılmır. Bu, normaldır: Google yeni saytları dərhal tanımır. Aşağıdakı addımlar prosesi sürətləndirir və saytın vəziyyətini izləməyə imkan verir.
Search Console Google-un pulsuz alətidir və saytınızın axtarışda necə göründüyünü göstərir. search.google.com/search-console ünvanına daxil olub saytı əlavə edin.
İki seçim var. Domain variantı bütün versiyaları (www və www-suz, http və https) bir yerdə əhatə edir, amma təsdiq üçün domenin DNS ayarlarına TXT qeydi əlavə etmək lazımdır. URL prefix variantı isə HTML faylı və ya meta teq ilə təsdiqlənir, bu daha asandır, amma yalnız bir versiyanı əhatə edir.
Sitemap saytınızdakı səhifələrin siyahısıdır. Search Console-da Sitemaps bölməsinə keçib sitemap.xml yazın və göndərin.
Bir neçə gün sonra həmin bölmədə neçə ünvanın tapıldığını görəcəksiniz. Əgər sitemap oxunmursa, ünvanı brauzerdə açıb işlədiyinə əmin olun.
Yuxarıdakı axtarış sahəsinə səhifənin tam ünvanını yazın. Google sizə həmin səhifənin indekslənib-indekslənmədiyini deyəcək. İndekslənməyibsə, Request indexing düyməsini basın.
Bunu ana səhifə və əsas xidmət səhifələri üçün edin. Hər səhifə üçün ayrıca etməyə ehtiyac yoxdur, qalanlarını Google sitemap vasitəsilə özü tapacaq.
Ən çox rast gəlinən səhv budur: sayt hazırlanarkən axtarış sistemlərinə bağlanır və açılış zamanı bunu açmağı unudurlar.
saytiniz.az/robots.txt ünvanını açın. Orada Disallow: / yazılıbsa, Google bütün saytı gəzməkdən imtina edir. Səhifələrin kodunda noindex teqinin qalmadığına da əmin olun.
Yeni saytın indekslənməsi adətən bir neçə gündən bir neçə həftəyə qədər çəkir. Səhifə indekslənəndən sonra da sıralamada yuxarı qalxmaq ayrı bir işdir: bunun üçün məzmun, daxili keçidlər və digər saytlardan gələn linklər lazımdır.
Ona görə indeksləmə yalnız başlanğıcdır. Sonrakı addımları SEO xidməti səhifəsində izah etmişik.
Əlaqəli xidmət: SEO xidmətimiz
Xeyr. Search Console və indeksləmə tamamilə pulsuzdur. Ödəniş yalnız reklam (Google Ads) üçündür və reklam sıralamaya təsir etmir.
İndekslənmə sıralama demək deyil. Saytın adını yazanda tapılırsınızsa, amma xidmət sorğularında yoxsunuzsa, deməli həmin sorğular üçün məzmun və linklər lazımdır.
Xeyr. Search Console Google axtarışındakı vəziyyəti, Analytics isə sayta gələn ziyarətçilərin davranışını göstərir. İkisini birlikdə istifadə etmək məsləhətdir.
Layihənizi dinləyək, sizə uyğun həlli və qiyməti pulsuz konsultasiyada deyək. Zəng edin: +994 10 451 63 73.