Dizayn diqqəti çəkir, qərarı isə mətn verdirir. Ziyarətçi səhifəni oxumur, gözü ilə tarayır və bir neçə saniyəyə qərar verir: burada mənə lazım olan varmı? Aşağıda bu suala tez cavab verən mətnin qaydaları var.
Ən çox yayılmış səhv budur: "Biz 2015-ci ildən fəaliyyət göstərən peşəkar komandayıq...". Müştərini bu maraqlandırmır, onu öz problemi maraqlandırır.
Müqayisə edin: "Rəqəmsal həllər təqdim edirik" və "Sifarişlərinizi Instagram-dan saytınıza keçirin, gecə gələn sifariş də itməsin". İkincisi konkret vəziyyəti təsvir edir.
"Yüksək keyfiyyət", "fərdi yanaşma", "münasib qiymət" — bu sözləri rəqibləriniz də yazıb, ona görə heç nə ifadə etmirlər.
Əvəzinə konkret yazın: "5–30 gün ərzində təhvil", "təhvildən sonra 1 ay pulsuz düzəliş", "mobil, planşet və kompüterdə yoxlanılır". Rəqəm və şərt inandırır.
Mətn Google üçün deyil, insan üçün yazılır, amma müştərinin işlətdiyi sözlər mətndə olmalıdır. Əgər insanlar "sayt qiymətləri" yazırsa, siz "veb resurs tarifikasiyası" yazmamalısınız.
Əsas ifadə başlıqda, birinci abzasda və bir-iki alt başlıqda təbii şəkildə keçsin. Eyni sözü hər cümlədə təkrarlamaq isə həm oxunuşu pozur, həm də Google tərəfindən spam kimi qiymətləndirilə bilər.
Oxucu mətni bitirəndə nə edəcəyini bilməlidir: zəng etmək, forma doldurmaq, WhatsApp-a yazmaq. Bir səhifədə bir əsas çağırış olsun, onu isə bir neçə yerdə təkrarlayın.
Çağırış konkret olsun: "Göndər" yerinə "Pulsuz qiymət təklifi al".
Əlaqəli xidmət: Sayt hazırlanması xidmətimiz
Qaydası yoxdur. Mətn mövzunu tam əhatə etməli, amma boş söz olmamalıdır. Xidmət səhifələri adətən 600–1200 söz arasında olur.
İlk variantı üçün kömək edir, amma sizin qiymətləriniz, prosesiniz və real nümunələriniz olmadan mətn digərlərindən fərqlənmir.
Xeyr. Təkrar məzmun Google-da zərər verir və hüquqi problem yarada bilər.
Layihənizi dinləyək, sizə uyğun həlli və qiyməti pulsuz konsultasiyada deyək. Zəng edin: +994 10 451 63 73.