İnsan telefonunda "yaxınlıqda kafe" və ya "Bakıda sayt yaradılması" yazanda Google əvvəlcə xəritə və üç biznes göstərir. Ora düşmək üçün sayt yox, Google Business Profile lazımdır. Üstəlik pulsuzdur.
Müştəri qəbul edən ünvanı olan və ya müəyyən əraziyə xidmət göstərən hər bizness: mağaza, kafe, klinika, salon, usta, hüquq və ya rəqəmsal agentlik.
Ünvanınızı açıq göstərmək istəmirsinizsə, xidmət ərazisi (məsələn, Bakı) seçmək olar.
Yarımçıq profil xəritədə aşağı düşür. Doldurulmalı əsas hissələr:
Xəritə nəticələrində rəylərin sayı və qiyməti birbaşa rol oynayır. İş bitəndən sonra müştəridən rəy yazmağı xahiş edin. Ən yaxşısı, birbaşa rəy linkini WhatsApp-la göndərməkdir.
Rəy alqı-satqısı etməyin, Google bunu aşkarlayır və profili bloklaya bilər. Mənfi rəyə də sakit və konkret cavab yazın: bunu digər müştərilər oxuyur.
Əlaqəli xidmətlər: SEO xidməti · Sayt hazırlanması
Bəli, profilin yaradılması və istifadəsi tamamilə pulsuzdur.
Bəli. Ünvanı gizlədib yalnız xidmət göstərdiyiniz əraziləri seçə bilərsiniz.
Üsuldan asılıdır. Telefon və video ilə bir neçə gün, poçt kodu ilə isə daha uzun çəkə bilər.
Layihənizi dinləyək, sizə uyğun həlli və qiyməti pulsuz konsultasiyada deyək. Zəng edin: +994 10 451 63 73.